"Qarabağ"da mövsümün ilk ayrılığı

"Qarabağ" futbol klubu makedoniyalı müdafiəçi Vladimir Dmitrovski ilə yollarını ayırıb. SportLine.az xəbər verir ki, 27 yaşlı futbolçunun müqavilə müddəti başa çatıb. Məşqçilər korpusu cari mövsümdə cəmi 3 oyuna çıxan müdafiəçi ilə yeni müqavilə imzalamağı lazım bilməyib.

Qeyd edək ki, Dmitrovski yay transfer pəncərəsində Yunanıstanın "Kerkira" klubundan heyətə cəlb olunmuşdu.