"Qarabağ"dan Gürcüstan komandasına

"Qarabağ"la müqaviləsinə xitam verən Ruslan Hacıyev karyerasını Gürcüstanda davam etdirəcək.

Sportline.az xəbər verir ki, bu barədə Qol.az-a Hacıyev özü məlumat verib. O, qonşu ölkənin "Samtrediya" klubuna keçdiyini bildirib. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 6 aylıq müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Hacıyev son mövsümü icarə əsasında "Səbail"də keçirib.