"Qarabağ"dan rəsmi cavab: "Oyun Tofiq Bəhramov adına stadionda olmayacaq"

Mətbuatda “Qarabağ”ın “Bazel”lə ev oyununun ot örtüyünün vəziyyətinə görə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməyəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Sportline.az saytı olaraq məlumatı dəqiqləşdirmək üçün “Qarabağ”ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq.

Ağdam təmsilçisinin rəsmisi məlumatı təsdiqlədi:

“Doğrudur. İlk oyunumuz Tofiq Bəhramov adına Respublika Stadionunda olmayacaq. Bu, dəqiqləşdi artıq. Alternativ variantları UEFA-ya təqdim etmişik. İlk növbədə Azərsun Arena, daha sonra ikinci variant kimi yəqin ki, Bakı Olimpiya Stadionu variantıdır. Biz çalışırıq ki, oyunu Azərsun Arenada keçirək”.