"Qarabağ"ın rəqibi müəyyənləşdi

"Qarabağ" milli komandaların oyunları ilə əlaqədar çempionatdan yaranmış fasilədə yoxlama oyunu keçirəcək.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi "Zirə" ilə qarşılaşacaq.

Sentyabrın 4-də "Azersun Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.