"Qarabağ"ı Madriddə 300-dən çox azarkeş dəstəkləyəcək

Çempionlar Liqasında İspaniya "Atletiko”su ilə səfər matçı üçün "Qarabağ” azarkeşlərinə ayrılan biletlərin hamısı satılıb.

 Sportline.az əbər verir ki, Ağdam təmsilçisinə təqdim olunan 300 bilet artıq sahibini tapıb.

Xatırladaq ki, oktyabrın 31-də keçiriləcək "Atletiko” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.