"Qarabağ"ın 2 legioneri millidə

"Qarabağ"ın 2 legioneri milli komandalarından dəvət alıblar.

Sportline.az xəbər verir ki, monteneqrolu müdafiəçi Marko Veşovişlə kabo-verdeli yarımmüdafiəçi Patrik Andradeylə yığmalarının qarıdakı rəsmi maçlarına çağırıblar.

Ancaq onlar "Qarabağ"ın Konfrans Liqasındakı pley-off mərhələsində Şotlandiyanın "Aberdin" klubuyla vvqustun 26-da keçiriləcək cavab görüşündən sonra millilərinin düşərgəsinə yollanacaq. Hərçənd, Patrik cəzalı olduğundan həmin matçı buraxamaq məcburiyyətində olsa da, klubuyla hələ bir müddət hazırlıq keçəcək.

Xatırladaq ki, Andrade keçən mövsüm də "Qarabağ"da çıxış edəndə milliyə dəvət alırdısa, yay transferi olan Veşoviç ilk dəfə hazırkl klubunun oyunçusu kimi yığmasına yollanacaq.