"Qarabağ"ın 3-cü günü
Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” üçüncü günü bir məşqlə başa vurub. SportLine.az xəbər verir ki, yerli vaxtla axşam saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən məşq təxminən bir saat yarım davam edib.
Hazırlıqda fiziki və toplu çalışmalara üstünlük verilib.
Qeyd edək ki, “Qarabağ” iyunun 20-də təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Ağdam təmsilçisi Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq və matç Bakı vaxtıyla saat 19:00-da start götürəcək.