"Qarabağ"ın 6-cı günü

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın altıncı gününü tək məşqlə başa vurub. SportLine.az klubun saytına istinadən xəbər verir ki, axşam baş tutan məşq yerli saatla 19:00-da start götürüb və təxminən bir saat yarım davam edib. Dani Kintana fizioterapivt nəzarəti altında fərdi çalışmalarla kifayətlənib. Komandaya yenicə qoşulan yarımmüdafiəçi Riçard Almeyda isə məşqi kənardan izləyib.