"Qarabağ"ın Avstriya gündəliyi
“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda toplanışın ikinci gününü tək məşqlə tamamlayıb. Yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən məşq meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib. Toplu və fiziki çalışmalarla hazırlığa yekun vurulub.