"Qarabağ"ın Avstriyada 5-ci günü

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” hazırlığın beşinci gününü axşam məşqiylə tamamlayıb. Sportline.az klubun saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla 21:00) start götürən məşq təxminən bir saat yarım davam edib. Hazırlıqda ümumi toplu çalışmalara üstünlük verilib. Milli komandalardan gələn futbolçular da məşq prosesinə qoşulub. Dani Kintana isə qaçmaqla kifayətlənib.