"Qarabağ"ın Çempionlar Liqasında işi asanlaşdı
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın bu mövsüm işi bir qədər asan olacaq.
SportLine.az xəbər verir ki, ikinci mərhələni adlayacağı təqdirdə Ağdam təmsilçisi növbəti mərhələdə də "səpələnmişlər" səbətində yer alacaq. Bu isə pley-off-a gedən yolda nisbətən zəif rəqiblə qarşılaşmağımız deməkdir.
Qeyd edək ki, Çexiyada "Slaviya"nın çempion olması buna şərait yaradıb. Belə ki, reytinq xalı "Qarabağ"dan az olan Praqa təmsilçisi üçüncü mərhələyə adlayacağı halda "səpələnməmişlər"də olacaq.