"Qarabağ"ın dünya reytinqindəki yeri bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının siyahısını açıqlayıb. SportLine.az xəbər verir ki, 2015-ci ilin statistik göstəricilərinə əsasən tərtib olunan cədvəldə Azərbaycanın 3 klubu yer alıb. 

Ən yaxşı göstərici "Qarabağ"a məxsusdur. "Köhlən atlar" 142 xalla 77-ci pillədə qərarlaşıblar. Ağdam təmsilçisi bu pilləni İspaniyanın "Valensiya" klubu ilə bölüşür. Qurban Qurbanovun yetirmələri bu göstərici ilə "Benfika" (Portuqaliya), "Borussiya Mönhenqladbax (Almaniya), "Marsel" (Fransa), "Santos" (Braziliya), eləcə də, "Qalatasaray" və "Beşiktaş" (hər ikisi Türkiyə) kimi komandaları qabaqlayır. 

AZƏRBAYCAN TƏMSİLÇİLƏRİ

77. "Qarabağ" - 142 xal
124. "Qəbələ" - 116 xal
192. "İnter" - 92 xal

TOP 10

1. "Barselona" (İspaniya) - 379 xal
2. "Yuventus" (İtaliya) - 286 xal
3. "Napoli" (İtaliya) - 268 xal
4. "Bavariya" (Almaniya) - 263 xal
5. PSJ (Fransa) - 257 xal
6. "Real Madrid" (İspaniya) - 241 xal
7. "İndependiyente" (Kolumbiya) - 240 xal
8. "Fiorentina" (İtaliya) - 236 xal
9. "River Pleyt" (Argentina) - 234.5 xal
10. "Volfsburq" (Almaniya) - 232 xal

TÜRKİYƏ TƏMSİLÇİLƏRİ

39. "Fənərbaxça" - 174.5 xal
82. "Qalatasaray" - 139.5 xal
95. "Beşiktaş" - 132 xal
188. "Trabzonspor" - 93 xal