"Qarabağ"ın futbolçusu milliyə çağırılıb
"Qarabağ”ın yarımmüdafiəçisi Tarik Elyunussi 2018-ci il dünya çempionatının seçmə oyunları üçün Norveç millisinə dəvət alıb. Sportlinr.az xəbər verir ki, 29 yaşlı futbolçu Lars Laqerbekin güvəndiyi 23 nəfərlik siyahıdadır. Qeyd edək ki, oktyabrın 5-də San Marinonun qonağı olacaq Norveç seçməsi, ayın 8-də Şimali İrlandiyanı qəbul edəcək.