"Qarabağ"ın futbolçusu milliyə çağrıldı
"Qarabağ"ın futbolçusu Ansi Aqolli Albaniya millisinə dəvət alıb. SportLine.az xəbər verir ki, müdafiəçinin adı DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Albaniya - İsrail görüşünün iştirak ərizəsinə daxil edilib.
Qeyd edək ki, Aqolli “Qarabağ”dan millilərə çağırılan 12-ci oyunçu olub. Ağdam klubunun 8 üzvü Azərbaycanın əsas, 2 oyunçusu U-21 yığmasına çağırılıbsa, qapıçı İbrahim Şehiç də Bosniya və Herseqovina millisinə dəvət alıb.