"Qarabağ"ın futbolçusu milliyə dəvət aldı
"Qarabağ"ın futbolçusu Donald Gerye Haiti millisinə çağrılıb. SportLine.az xəbər verir ki, o, Birləşmiş Ərəb Əmirliklərinə qarşı keçiriləcək yoxlama matçı üçün heyətə cəlb olunub.
Qarşılaşma noyabrın 10-a planlşdırılıb.
Qeyd edək ki, 2010-cu ildən millinin şərəfini qoruyan D.Gerye yığmada keçirdiyi 49 matçda 9 dəfə fərqlənib.