"Qarabağ"ın futbolçusuna ağır itki üz verib
“Qarabağ”ın futbolçusu Donald Geryeyə ağır itki üz verib. Sportline.az klubun Facebook səhifəsinə istinadən xəbər verir ki, haitili yarımmüdafiəçinin azyaşlı qızı dünyasını dəyişib.
Bununla əlaqədar “Qarabağ” klubunun kollektivi Donald Geryeyə başsağlığı verib.
Allah rəhmət eləsin!