"Qarabağ"ın hücumçusu milliyə dəvət aldı
“Qarabağ”ın hücumçusu Dino Ndlovu yenidən Cənubi Afrika Respublikasının (CAR) yığmasına çağırılıb. SportLine.az xəbər verir ki, 27 yaşlı forvard Seneqalla seçmə mərhələ matçlarında iştirak edəcək.
Baş məşqçi Stüart Bakster 24 nəfərlik heyətə Ndlovunun da adını daxil edib.
Hazırda D qrupunda sonuncu yerdə qərarlaşan Ndlovunun komandası hər iki matçda qalib gələcəyi təqdirdə xallarının sayını 10-a çatdıracaq və lider kimi dünya çempionatına vəsiqə qazanacaq.