"Qarabağ"ın ispaniyalısı düşərgədə

"Qarabağ"ın Avstriya toplanışı davam edir. Sportline.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana da düşərgəyə qoşulub. Amma, ispaniyalı futbolçu hələ məşq etmir. 4 aydı yaşıl meydanlardan kənarda qalan Dani yaxın günlərdə fərdi məşqlərə başlayacaq. Qeyd edək ki, ötən mövsüm çərçivəsində fevralın 3-də AZAL-la baş tutan matçda zədələnən Dani Kintana əməliyyat olunmuşdu.