"Qarabağ"ın Konfrans Liqasındakı rəqibləri bu gün bilinəcək
Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək.
Sportline.az xəbər verir ki, mərasimdə bu turnirdə qrup mərhələsinə yüksələn "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.
Püşkatma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Avropanın 3-cü dərəcəli klub turnirində mübarizəni davam etdirəcək 32 iştirakçı komanda 8 qrupa bölünəcək. Püşkatma zamanı klublar reytinqinə əsasən 4 səbətə bölünəcək və “Qarabağ” 2-ci səbətdə yer alacaq.
Qeyd edək ki, qrup mərhələsinin ilk turu sentyabrın 16-da keçiriləcək.