"Qarabağ"ın Madrid planı

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində "Atletiko” ilə səfər matçına hazırlıq proqramı müəyyənləşib.

Sportline.az xəbər verir ki, oktyabrın 29-da yola düşəcək ölkə çempionu ertəsi gün qarşılaşmanın keçiriləcəyi "Vanda Metropolitano” stadionunda məşqə çıxacaq. Futbolçularımız yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 20:30) məşq edəcəklər. 

Xatırladaq ki, "Atletiko” – "Qarabağ” görüşü oktyabrın 31-də olacaq.