"Qarabağ"ın qapıçısı ilk üçlükdə

UEFA Çempionlar Liqasının IV turundan sonra ən çox seyvlə yadda qalan qapıçıların siyahısı açıqlanıb.

Sportline.az xəbər verir ki, "Qarabağ”ın bosniyalı qapıçısı İbrahim Şehiç də bu siyahıdadır. Təcrübəli qolkiper 4 oyunda 21 qurtarış edib. O,  "Şaxtyor"un üzvü Andrey Pyatovla 2 və 3-cü yerləri bölüşür. Siyahıya "Maribor”un qapıçısı Yasmin Handanoviç başçılıq edir. Sloveniyalı futbolçu 24 qurtarışla yadda qalıb.

Çempionlar Liqasında ən çox seyv edən qapıçılar

1. Yasmin Handanoviç ("Maribor”) - 24

2-3. İbrahim Şehiç ("Qarabağ”) – 21

Andrey Pyatov ("Şaxtyor”) – 21

4-5. İqor Akinfeyev (MOİK) – 20

Uqo Loris ("Tottenhem”) - 20