"Qarabağ"ın qarşısını kəsən hakim Türkiyənin oyununda

DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Kosovo - Türkiyə matçının hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş Çexiyadan olan hakimlər briqadasına həvalə olunub.

Matçda baş hakim funksiyasını Miroslav Zelinka icra edəcək. Onun köməkçiləri Andrey Pelikan və Yan Patak olacaq.

Xatırladaq ki, M.Zelinka 2014-cü il dekabrın 11-də Bakıda keçirilən "Qarabağ" - "İnter" oyununu idarə etmişdi. 90+4-cü dəqiqədə Riçard Almeydanın təmiz qolunu saymayan hakim Avroliqada Ağdam təmsilçisinin qarşısını kəsmişdi.