"Qarabağ"ın rəqibinin heyəti gücləndi

 “Qarabağ”ın ÇL-nın qrup mərhələsindəki növbəti rəqibi “Atletiko”nun zədəliləri heyətə dönməkdədir. Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubunun futbolçuları Filipe Luislə Lukas Ernandes zədəsini sağaldıb. Hər iki müdafiəçinin həftəsonu  “Barselona”ya qarşı oyunda meydana çıxacağı gözlənilir. Xatırladaq ki, "Qarabağ"-"Atletiko" görüşü oktyabrın 18-də keçiriləcək.