"Qarabağ"ın rəqibi növbəti qələbəsini qazanıb

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Samtredia" Gürcüstan çempionatında növbəti qələbəsini qazanıb. Sportline.az xəbər verir ki, XVIII turda Qorinin “Dila” komandasını qəbul edən samtrediyalılar rəqibi 3-2 hesabı ilə üstələyiblər. Bu qələbə ilə  xal sayını 33-ə çatdıran "Samtredia" turnir cədvəlinin  3-cü pilləsindəki mövqeyini möhkəmlədib.

“Samtredia” – “Dila” – 3:2

Qollar: G. Datunaşvili, 23; D. Razamaşvili, 81; N. Sandoxadze, 88 – Z. Dereti, 10, 51

“Samtredia”: Omar Migineşvili, Davit Mtivlişvili, Nika Sandoxadze, Cemal Qoqiaşvili, Georgi Mçedlişvili, Georgi Datunaşvili, Davit Razamaşvili, Giuli Mancqaladze (Laşa Kasradze, 90+5), Teymuraz Markozaşvili (Davit Jikia, 60), Quram Samuşia (Konstantin Belov, 90), Georgi Beriaşvili