"Qarabağ"ın rəqibi türk futbolçu transfer edir

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Atletiko" türkiyəli futbolçu Yusuf Yazıcının transferinə hazırlaşır. Sportline.az xəbər verir ki, madridlilər bununla bağlı "Trabzonspor" rəhbərliyinə müraciət ünvanlayıblar.  İspaniya təmsilçisi Yusufu yanvar ayında düşərgəyə qatmaq niyyətindədir. "Atletiko" 20 yaşlı yarımmüdafiəçinin keçidini reallaşdırmaq üçün 14 milyon avrosundan keçməyə hazırdır.