"Qarabağ"ın rəqibində ciddi itki

“Fiorentina” "Qarabağla oyunda  əsas heyət üzvlərindən olan müdafiəçi Davide Astorinin xidmətindən yararlana bilməyəcək. SportLine.az İtaliya mətbuatına istinadən xəbər verir ki, həftəsonu  A seriyasında “Roma”ya qarşı oyunda (1:0) əzələsi dartılan 29 yaşlı müdəfaiəçi bir müddət yaşıl meydandan kənarda qalacaq. Onun bu həftə İtaliya çempionatında “Udineze”, gələn həftə (29 sentyabr) isə Avroliqada “Qarabağ”la matçı buraxacağı dəqiqləşib.