"Qarabağ"ın rəqibinin futbolçuları millidən kənarda qaldı

UEFA Konfrans Liqasında çıxış edəcək "Qarabağ" klubunun rəqibləri "Omoniya, Nikosiya" və "Kayrat" klublarının bir sıra futbolçuları milli komandalara dəvət alıb.

Sportline.az xəbər verir ki, "köhlən atlar"ın rəqiblərindən biri "Bazel" klubundan İsveçrə yığmasına heç bir futbolçu cəlb olunmayıb.

Digər iki klubun Kipr və Qazaxıstan millisinə dəvət alan futbolçularının adlarını təqdim edirik:

"Kayrat"

Qapıçılar - Danil Ustimenko, Stas Pokatilov
Müdafiəçilər - Qafurjan Suyumbaev, Nuralı Alip
Yarımmüdafiəçilər - Aybol Abiken, Daniyar Usenov
Hücumçu - Yan Voroqovski

"Omoniya Nikosiya"

Qapıçılar -  Xarlambos Kiryakidis, Kostats Paqani
Müdafiəçi - Paris Psaltis 
Yarımmüdafiəçilər - Marinos Tsionis, Loizos Loizu

Xatırladaq ki, Kipr yığması bu gün Malta millisinin qonağı olacaq. Qazaxıstan millisi isə sentyabrın 4-ü səfərdə Finlandiyaya qarşı oynayacaq. Hər iki oyun 2022-ci il Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək.