"Qarabağ"ın sabiq futbolçusu millidə

"Qarabağ"ın sabiq forvardı Samuel Armenteros İsveç millisinə dəvət olunub. Sportline.az xəbər verir ki, o. iyunun 13-də Norveç komandası ilə yoldaşlıq görüşündə meydana çıxa bilər. 

Xatırladaq ki, 27 yaşlı futbolçu "Qarabağ"da 2015-2016 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub.