"Qarabağ"ın yeni hücumçusu "Aberdin"ə qarşı oynaya biləcək
"Qarabağ"ın yeni transferi İbrahima Vadji Şotlandiya "Aberdin"i ilə UEFA Konfrans Liqasının görüşlərində iştirak edə biləcək.
Sportline.az xəbər verir ki, seneqallı forvardın adı Azərbaycan klubunun sifariş ərizəsinə daxil edilib. UEFA-ya təqdim edilən siyahıda 26 yaşlı oyunçu Musa Qurbanlı və Ramil Şeydayevlə birgə hücumçu kimi yer alıb.
Vadji ilə bu gün 3 illik müqavilə bağlanılıb. O, 25 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Qarabağ" "Aberdin"lə ilk görüşünü avqustun 19-da evdə, cavab görüşünü avqustun 26-da səfərdə keçirəcək.