"Qarabağ"ın yolunu kəsən mütəxəssis "Zenit"də

Mirça Luçeskunu istefaya göndərən "Zenit" yoluna italiyalı mütəxəssislə davam edəcək. Sportline.az sport-express-ə istinadən xəbər verir ki, piterlilər komandanın sükanını Roberto Mançiniyə həvalə edəcəklər. O, futbolsevərlərimizə daha çox "İnter"in çalışdırıcısı kimi tanışdır. Avropa Liqasının 2014-2015-ci il mövsümündə "Qarabağ"ın qrup mərhələsindəki rəqiblərindən olan milanlıları Bakıya məhs sözügedən baş məşqçi gətirmişdi. "Zenit" rəhbərliyinin Mançininin ilinə 5 milyon avro ödəyəcəyi bildirilir.