"Qarabağ"ın zədəli futbolçusunun son durumu

"Qarabağ"ın zədəli futbolçusu Elvin Cəfərquliyevin yaşıl meydanlara qayıdacağı tarix açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Almaniyada sol ayağının topuq bağından əməliyyat olunan müdafiəçi 6 həftədən sonra məşqlərə başlayacaq.

Həkimlərin rəyinə əsasən, Cəfərquliyev yüngül qaçışlarla kifayətlənəcək.

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan futbolçu Avstriyadakı təlim-məşq toplanışı zamanı zədələnib.