"Qarabağ"la oyunda əlimizdən gələni edəcəyik"

"Bütün diqqətimiz bu mərhələdə "Qarabağ"ı keçməyə yönəlib. Sabah axşam oyuna istədiyimiz kimi nəzarət edə bilərik".

Sportline.az xəbər verir ki, bu fikirləri Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis qələbə qazanmağa çalışacaqlarını bildirib: "Futbolçular 90 dəqiqəyə hazırlaşır. Həyəcanlıyıq və oyunu səbrsizliklə gözləyirik. Sabah xüsusi gün olacağını düşünürəm. İstəyimizi gerçəkləşdirsək, bizi nələrin gözlədiyini bilirik. Hədəfə çatmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.