Qaret Beyl ilin ən yaxşısı seçildi
Uels Futbol Federasiyası 2016-cı ilin ən yaxşı oyunçusunun adını açıqlayıb. SportLine.az xəbər verir ki, Qaret Beyl ardıcıl 4-cü dəfə ölkəsinin ən yaxşısı adına yiyələnib.
Beyl ona göstərilən etimad üçün şad olduğunu da dilə gətirib. O bildirib ki, bu, böyük şərəfdi.
Qeyd edək ki, bu il yığması ilə Avro-2016-nın yarımfinalında oynayan Qaret “Real”la Çempionlar Liqasını qazanıb.