Qarnaço 60 milyona satıla bilər

"Mançester Yunayted"in argentinalı futbolçusu Alexandro Qarnaço mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Qarnaçonu 60 milyon avro qarşılığında satmağa hazırdır.

"Atletiko Madrid", "Mançester Siti", "Bavariya", "Çelsi", "Barselona", "Yuventus", "Real Madrid" və "Əl-Hilal" 20 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Alexandro Qarnaçonun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.