Qavi PSJ-nin transfer hədəfinə çevrilib

"Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Qavi PSJ-nin maraq dairəsinə düşüb.  

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu Fransa nəhəngi tərəfindən əhəmiyyətli gücləndirmə kimi qiymətləndirilir və klub onun transferi üçün böyük məbləğ ödəməyə hazırdır.

Hazırda Paris təmsilçisi rəsmi təklif üzərində işləyir.  

"Barselona" futbolçunu komandada saxlamaqda maraqlı olsa da, 100 milyon avro və ya daha yüksək təklif rəhbərliyi qərarını yenidən nəzərdən keçirməyə vadar edə bilər.

Bununla belə, Qavi klubdan ayrılmaq fikrində deyil.  

Əsas diqqət Dani Olmonun üzərindədir. Əgər o, tam formada olarsa və Qavini əsas heyətdən sıxışdırarsa, gənc futbolçu gələcəyi ilə bağlı qərarını dəyişə bilər.