"Qəbələ" 8 cavabsız qolla qalib gəldi

Avstriyada təlim-məşq prosesi keçən "Qəbələ" bu gün ilk yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, "radarlar" yerli "Fulpmes" kollektivi ilə qüvvələrini sınayıb. 

Regionalliqada yarışan Avstriya klubu ilə görüş "Qəbələ"nin böyük üstünlüyü ilə yadda qalıb. Bu, nəticədə də öz əksini tapıb - 8:0.

"Qırmızı-qaralar"ın heyətində Baqali Dabo, Tellur Mütəllimov, İlqar Qurbanov, Filip Ozobiç, Elvin Camalov, Qismət Alıyev və Ülvi İbazadə fərqlənib.

Qeyd edək ki, iyunun 23-dək Avstriyada hazırlıq keçəcək “Qəbələ” daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” ayın 15-də “Terek” (Rusiya), 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.

Banner