"Qəbələ" ikinci görüşündə uduzdu
Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ" bu gün növbəti yoxlama matçına çıxıb. SportLine.az xəbər verir ki, rəqib Rusiya təmsilçisi "Axmat" (Ötən mövsümün sonunadək klub "Terek" adlanıb) olub.
İlk oyunda yerli “Fulpmes” kollektivinə 8 cavabsız qolla qalib gələn "radarlar", bu dəfə də qələbəyə iddia etsələr də, nəticə fərqli olub. Qroznı təmsilçisi bir cavabsız qolla qələbə qazanıb.
Qeyd edək ki, iyunun 23-dək Avstriyada hazırlıq keçəcək “Qəbələ” daha iki yoxlama görüşündə qüvvəsini sınayacaq. Roman Qriqorçukun komandası ayın 19-da “Botev” (Bolqarıstan), 22-də isə “Ludoqorets”lə (Bolqarıstan) qarşılaşacaq.