"Qəbələ" braziliyalı futbolçunu baxışa dəvət edib
"Qəbələ" futbol klubu baxışa daha bir futbolçu dəvət edib. SportLine.az xəbər verir ki, bu, braziliyalı hücumçu Emersondur.
25 yaşlı futbolçu indiyədək yalnız Braziliya klublarında forma geyib. "Bahia" və "Vitoriya"nın yetirməsi olan Emersonun ilk peşəkar klubu "Keara" olub. O, bu komandanın heyətində 2011-ci ildə çempionluq yaşayıb. 2012-ci ildə isə o, "Quarani"yə icarəyə verilib. Elə həmin il "Palmeyras"a keçən Emerson bir müddət bu klubun B komandasında çıxış etdikdən sonra 2013-cü ildə əsas komandada da oynamağa imkan tapıb. Son iki mövsümdə isə o, "Oeste-SP" və "Amarika-RN" klublarında icarə əsasında çıxış edib.
Qeyd edək ki, Emersonun Ukrayna "Dnepr"i ilə ötən gün baş tutan yoxlama oyunundan öncə "Qəbələ"nin düşərgəsinə qoşulub. Onun klubla birgə Azərbaycana gəldiyi bildirilir.