"Qəbələ" bir gündə iki dəfə uduzdu

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün daha iki yoxlama oyunu keçirib. SportLine.az xəbər verir ki, hər biri bir hissədən ibarət görüşlərdə "radarlar"ın rəqibləri "Vakker" (Avstriya) və MOİK (Bolqarıstan) olub.

Hər iki oyun Roman Qriqorçukun komandası üçün uğursuz alınıb. "Vakker"ə 0:1 hesabı ilə uduzan "qırmızı-qaralar", MOİK-lə matçda iki cavabsız qola məyus olub.

Qeyd edək ki, “Qəbələ” artıq iki sınaq matçına çıxıb. Təmsilçimiz “Fulpmes” (8:0) və Rusiya “Axmat”ı (0:1) ilə üz-üzə gəlib.

Banner