"Qəbələ" "Dnepr"ə məğlub oldu
Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" futbol klubu bu gün son yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, "radarlar"ın rəqibi Ukraynanın "Dnepr" klubu olub.
Görüş Roman Qriqorçukun komandasının minimal hesablı məğlubiyyəti ilə yekunlaşıb - 0:1.
24 yanvar 2016
Yoxlama oyunu
"Qəbələ" - "Dnepr" -0:1
Qol: Edmar, 39 (0:1)