"Qəbələ" əvəzedicilərlə üz-üzə gələcək

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə dövründə hazırlığını davam etdirir.

Sportline.az klubun saytına istinadən xəbər verir ki “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Bakı Olimpiya Stadionunda hazırlıq keçir.

“Qəbələ” fasilə dövründə yoxlama görüşündə qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” I divizionun startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gələcək. Oyun avqustun 30-da keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.