"Qəbələ" ilə "Qarabağ" cərimələndi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportline.az xəbər verir ki, iclasda Topaz Premyer Liqasının XIX turunun "Qəbələ" - "Qarabağ" matçında qeydə alınan hüquqi pozuntularla bağlı qərarlar çıxarılıb. Hər iki klub, azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hərəyə 800 manat, kənar əşyalar atıldığı üçün hərəyə 1600 manat cərimələnib. Bundan başqa “Qəbələ” klubu azarkeşlərinin təhqiredici pankartlar açması səbəbindən 4000 manat ziyana düşüb. Xatırladaq ki, həmin oyunda "Qəbələ" "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edib.