"Sumqayıt" "Sabah"ı, "Qəbələ" "Keşlə"ni uddu
Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Qəbələ" "Keşlə"ni qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün son qarşılaşmasında "Sabah" "Sumqayıt"ın qonağı olub və 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
21 avqust (şənbə)
20:00. “Sumqayıt” –“Sabah” - 2:0
Qollar: Əli Qurbani, 32, Tellur Mütəllimov, 78
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Kapital Bank Arena”
18:00. “Qəbələ” – “Keşlə” - 2:1
Qollar: Akakpo (1:0), 11, Utriq, 30 (2:0), Abanq, 76 (2:1)
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 90+4-iki sarı vərəqə ("Keşlə")
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Qəbələ şəhər stadionu
22 avqust (bazar)
18:30. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
20:30. “Qarabağ” – “Səbail”
“Azersun Arena”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Sumqayıt | 2 | 2 | 0 | 0 | 4-0 | 6 |
| 2 | Qəbələ | 2 | 1 | 1 | 0 | 4-3 | 4 |
| 3 | Səbail | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
| 4 | Neftçi | 1 | 0 | 1 | 0 | 2-2 | 1 |
| 5 | Zirə | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
| 6 | Qarabağ | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
| 7 | Keşlə | 2 | 0 | 0 | 2 | 1-4 | 0 |
| 8 | Sabah | 2 | 0 | 0 | 2 | 0-3 | 0 |
Bombardir:
Rəhim Sadıxov ("Sumqayıt") - 2 qol