"Qəbələ" Kiyev "Dinamo"su ilə qarşılaşacaq
Avstriyada təlim-məşq toplanışında olan "Qəbələ"nin yoxlama oyunları üçün digər rəqibləri də müəyyənləşib. SportLine.az xəbər verir ki, "radarlar" iyunun 30-da "Kukesi" (Albaniya), iyulun 4-də "Dinamo" (Kiyev, Ukrayna) ilə üz-üzə gələcək. İyulun 8-nə planlaşdırılan növbəti yoxlama görüşü üçün rəqib müəyyənləşməyib.
Qeyd edək ki, "Qəbələ" toplanış çərçivəsində sonuncu oyununu iyulun 22-nə planlaşdırıb. Həmin gün "qırmızı-qaralar" Bolqarıstan “Ludoqorets”i ilə qarşılaşacaq.