"Qəbələ" - "Levski" matçının vaxtı açıqlandı
"Qəbələ"nin Türkiyədə həyata keçirəcəyi təlim-məşq toplanışı zamanı Bolqarıstanın "Levski" klubu ilə yoxlama oyunu keçirəcək. SportLine.az xəbər verir ki, artıq oyunun vaxtı da müəyyənləşib.
Belə ki, matç yanvarın 23-də baş tutacaq.
Qeyd edək ki, "Qəbələ"nin İsveçrə "Sürix"i ilə də yanvarın 20-də üz-üzə gəlməsi planlaşdırılır.