"Qəbələ" - "Maribor" oyununun biletləri satışda

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Maribor" (Sloveniya) oyununun biletləri satışa çıxarılıb. 

SportLine.az klubun saytına istinadən xəbər verir ki, biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, avqustun 18-də "Dalğa Arena"da (Mərdəkan) keçiriləcək "Qəbələ" - "Maribor" matçı saat 21:00-da başlayacaq.