"Qəbələ" mövsümün hazırlığına başladı

“Qəbələ” komandası yeni mövsümün hazırlığına başlayıb.

Sportline.az xəbər verir ki, I Liqanın çempionu təlim-məşq toplanışı üçün Qəbələdə bir araya gəlib. 

"Qırmızı-qaralar”ın ilk məşqi Qəbələ şəhər stadionunda baş tutub.

Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca toplu və topsuz çalışmalar yerinə yetiriblər.

Qeyd edək ki, hazırlıq prosesinin ilk mərhələsi 14 gün davam edəcək. Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb.