"Qəbələ" - "Qarabağ" oyununun təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasında XIX turun oyunlarına hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, turun “Qəbələ” – “Qarabağ” matçının da hakimləri bəlli olub.

Turun mərkəzi oyunu beynəlxalq dərəcəli hakim Fariz Yusifova tapşırılıb. O, fevralın 19-dakı matçda fit çalacaq.

Azərbaycan Premyer Liqası

XIX tur

18 fevral (şənbə)

18:00. “Neftçi” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Kərim Ağayev
8-ci km stadionu


15:00. “İnter” – “Zirə”
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”

19 fevral (bazar)

15:00. “Sumqayıt” – AZAL
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. Şəhər stadionu


17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu

Banner