"Qəbələ" 7 cavabsız qolla qələbə qazandı
Avstriya toplanışına davam edən "Qəbələ" bu gün növbəti yoxlama matçına çıxacaq. SportLine.az xəbər verir ki, rəqib yerli "Qrodiq" kollektivi olacaq.
1948-ci ildə yaradılan “Qrodiq” Avstriya çempionatının Regionalliqasının Qərb zonasında çıxış edir.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yerli “Fulpmes” (8:0), Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) və "Ludoqorets"lə (Bolqarsıtan) (0:2) qarşılaşıb. “Qırmızı qaralar” hər matçdan bir hissədən ibarət olan turnirdə isə “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.
30 iyun 2017
Yoxlama oyunu
“Qəbələ” – “Qrodiq” (Avstriya) - 7:0
QOLLAR: Stiven Monroz, 24; Ürfan Abbasov, 37; Asif Məmmədov, 47,56; Xavi Hernandes 48; Araz Abdullayev, 58(p); Fərid Nəbiyev, 75
“Qəbələ”: 22. Dmitri Bezotosnıy, 3. Voyislay Stankoviç, 5. Rasim Ramaldanov, 7. Araz Abdullayev, 9. Stiven Monroz, 14. Cavid Hüseynov, 15. Vitaliy Vernidub, 17. Dion Malone, 19. Filip Ozobiç, 32. Endi Halidey, 34. Ürfan Abbasov