"Qəbələ" "Sürix"ə aman vermədi

Antalyada təlim-məşq toplanışı keçən "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçirib. SportLine.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri İsveçrənin "Sürix" komandası ilə qarşılaşıblar. "Radarlar"ın tam üstünlüyü ilə keçən matçda təmsilçimiz böyük hesablı qələbəyə sevinib.

20 yanvar 2016
Yoxlama oyunu​


“Qəbələ” – “Sürix” - 4:0 
Qollar:Vadim Abdullayev, 20 (1:0), Aleksey Antonov, 73 (2:0), 75 (3:0), Samir Zərgərov, 80 (4:0)

Banner